Çin Prezidenti Si Cinpin Pekində Macarıstanın Baş naziri Viktor Orban ilə görüşüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Məlumata görə, Çin sədri Si Cinpin iyulun 8-də səhər saatlarında Pekindəki Diaoyutai dövlət iqamətgahında Macarıstanın baş naziri Orban ilə görüş keçirib.