Serbiyanın Novi Sad şəhərində keçirilən U-20 Avropa çempionatında sərbəst güləşçilərin mübarizəsinə start verilib.
Ucnoqta.az xəbər verir ki, 2 güləşçimiz yarımfinalda mübarizə aparıb.
Vasif Bağırov (57 kq) yarımfinalda belaruslu Herbert Akapyanla (AIN) güləşib. Təmsilçimiz 10:3 hesabı ilə qalib gələrək, həlledici görüşə vəsiqə qazanıb.
Xetaq Karsanov (97 kq) fina yolunda gürcüstanlı Ramini Qulitaşvili ilə qarşılaşıb. Tam üstlüklə qalib gələn güləşçimiz qızıl medal uğrunda yarışacaq.
Qeyd edək ki, final görüşləri sabah baş tutacaq.