Bəzi Qərb ölkələri regional münaqişələrə yanaşmaları ilə üçüncü dünya müharibəsini təhrik edir.
Ucnoqta.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə ŞƏT sammiti üçün Qazaxıstana səfərdən qayıdarkən deyib.
“Təəssüf ki, Qərbdə bu məsələni təhrik edən ölkələr və dairələr var ki, onların yanaşmaları üçüncü dünya müharibəsinin başlamasına səbəb olur".
"Türkiyə uzun illərdir ardıcıl olaraq “dünya beşdən böyükdür” deyərək, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü ilə sisteminə yenidən baxılmasının zəruriliyini ifadə edir. Dünyanın daha ədalətli olmasının mümkün olduğunu deyirik, mənfi atmosferi aradan qaldırmaq və böyük bir müharibə riskini aradan qaldırmaq üçün bu təşəbbüsləri dilə gətiririk Beynəlxalq ictimaiyyət beynəlxalq hüquqa hörmət edir”, - Ərdoğan bildirib.