Sunak bu vəzifəsini tərk edir

14:06 - 5 İyul 2024 - DÜNYA

Böyük Britaniyanın baş naziri Rişi Sunak Mühafizəkarlar Partiyasının lideri vəzifəsindən istefa verəcəyini bildirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Sky News məlumat yayıb.

"Bu nəticəyə görə mən partiya sədri vəzifəsindən istefa verəcəm - dərhal deyil, varisim seçilməsi üçün rəsmi prosedurlar başa çatdıqdan sonra.
14 illik hakimiyyətdən sonra Mühafizəkarlar Partiyasının özünü yenidən qurması və [Əlahəzrət Hökumətinə] müxalifət rolunu effektiv və peşəkar şəkildə yerinə yetirməsi vacibdir” - Sunak deyib.

Yaxın bir saat ərzində o, Kral III Çarlzla görüşəcək və hökumət başçısı vəzifəsindən istefa verərək baş nazir vəzifəsini Leyboristlər Partiyasının lideri Keir Starmerə verəcək. 

Xəbər xətti