22 yaşlı Leyboristlər Partiyasının siyasətçisi Sem Karlinq İcmalar Palatasında mandat qazanaraq Böyük Britaniya parlamentində ən gənc deputat olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, o, Şimal-Qərb Kembricşirdən olan deputat, Şimali İrlandiyanın keçmiş naziri Şaileş Varunu əvəz edəcək.
İyulun 4-də İcmalar Palatasına seçkilər keçirildi. İlkin məlumatlara görə, Britaniya parlamentinə keçirilən seçkilərdə Key Starmerin rəhbərliyi altında Leyboristlər Partiyası qalib gəlib.