Seçkilərdə məğlub olan Sunakdan ilk açıqlama

08:30 - 5 İyul 2024 - DÜNYA

Böyük Britaniyanın baş naziri və Mühafizəkarlar Partiyasının rəhbəri Rişi Sunak ölkədə keçirilən parlament seçkilərinin Leyboristlər Partiyasının nümayəndələrinin qalib gəldiyi nəticədən sonra postunu tərk edəcəyini bildirib.

Ucnoqta.az xəbər verir ki, Baş nazirin sözlərini Sky News yazıb. “Mən indi Londona gedəcəyəm, orada bütün gücümü verdiyim baş nazir postundan getməzdən əvvəl bugünkü nəticə haqqında daha ətraflı danışacağam”, - o vurğulayıb.

Cümə günü səhər Sunak Leyboristlər Partiyasının lideri Keir Starmeri parlament seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib.

Xəbər xətti