Danimarka Xarici İşlər Nazirliyi öz vətəndaşlarını İsrailə hər hansı səfərdən çəkinməyə çağırır.
Ucnoqta.az xəbər verir ki, bu barədə XİN-nin X səhifəsində yazılıb.
“Livan "Hizbullah" və İsrail arasında münaqişənin əhəmiyyətli dərəcədə kəskinləşməsi riskinin artması, eləcə də Qəzza zolağındakı vəziyyətlə əlaqədar yüksək təhlükəsizlik riskləri səbəbindən İsrailə hər hansı səfərdən çəkinməyi tövsiyə edirik” - Xarici İşlər Nazirliyi yazıb.