İranda sükut günü başlayıb

10:13 - 4 İyul 2024 - DÜNYA

İranda prezident seçkilərinin ikinci turu öncəsi sükut günü başlayıb.

Ucnoqta.az xəbər verir ki, prezidentliyə namizədlər mühafizəkar Səid Cəlili və islahatçı Məsud Pezeşkiyan seçkiqabağı kampaniyalarını başa çatdırıblar və təşviqat aparmaq qadağandır.

Qeyd edək ki, iyunun 28-də İslam Respublikasında prezident seçkilərinin birinci turu keçirilib. Dörd namizəd iştirak edib. Onların heç biri 50%-dən çox səs toplaya bilməyib. Keçmiş səhiyyə naziri Pezeşkiyan (birinci turda səslərin 42,5 faizi) və İran liderinin Respublikanın Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Cəlili (birinci turda səslərin 38,6 faizi) ikinci tura keçiblər.

İyulun 5-də seçkilərin ikinci turu keçiriləcək. 

Xəbər xətti