Yaponiyanın mərkəzində 5,4 bal gücündə zəlzələ baş verib.
Ucnoqta.az xəbər verir ki, ölkənin Milli Meteorologiya İdarəsinin məlumatına görə, zəlzələnin episentri Tokio ilə qonşu olan Çiba prefekturasında, 50 km dərinlikdə yerləşib. Zəlzələdən sonra ilk dəqiqələrdə insan tələfatı və dağıntılar barədə məlumat verilmir.