BMT-nin baş katibi Antonio Quterreş Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) iyulun 3-4-də keçiriləcək sammitində iştirak etmək üçün Astanaya gəlib.
Ucnoqta.az xəbər verir ki, bu barədə BMT-nin mətbuat xidməti məlumat yayıb. Bu, baş katibin Qazaxıstana ikinci rəsmi səfəridir. Birincisi 2017-ci ildə baş tutub.