Rusiya prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak edəcəyi Qazaxıstana səfər edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb. Qeyd olunur ki, iyulun 3-4-də təşkilata üzv ölkələrin liderləri gələcək əməkdaşlığın perspektivlərini müzakirə edəcək, həmçinin aktual beynəlxalq və regional problemlər ətrafında fikir mübadiləsi aparılacaq.
İclasın sonunda Astana Bəyannaməsi və digər sənədlər imzalanacaq. Həmçinin müşahidəçi ölkələrin və ŞƏT-in dialoq üzrə tərəfdaşlarının rəhbərlərinin, beynəlxalq təşkilatların rəhbərlərinin və digər rəsmi şəxslərin dəvət olunduğu “ŞƏT plus” formatında görüş də var.
Bundan əlavə, Putinin Astanada bir sıra mühüm ikitərəfli danışıqları planlaşdırılıb.