ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tomas Uest Dohada Taliban hərəkatının nümayəndələri ilə bir neçə görüş keçirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel bildirib.
Patel bildirib ki, Xüsusi Nümayəndə Tomas Uest və Əfqanıstanda Qadın və Qızların Hüquqları üzrə Xüsusi Elçi Rina Amiri Dohada birbaşa Taliban nümayəndələri ilə görüşüb.
Patel qeyd edib ki, görüşlər zamanı Əfqanıstanda saxlanılan amerikalılarla bağlı məsələ də qaldırılıb