Gürcüstan prezidenti Salome Zurabişvili milli komandanın futbolçularını, eləcə də məşqçilər korpusunu və futbol federasiyasının nümayəndələrini “Şərəf” ordeni ilə təltif edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-ın müxbiri məlumat yayıb.
Mükafatlandırma mərasimi Azadlıq meydanında qurulan səhnədə baş tutub, oradan çərşənbə axşamı Almaniyadan qayıdan futbolçular azarkeşləri salamlayıb. Azarkeşlər futbolçuları alqışlarla qarşıladıqdan sonra Zurabişvili səhnəyə çıxaraq futbolçulara, baş məşqçi Villi Sanyola, məşqçilər korpusunun nümayəndələrinə və futbol federasiyasının rəhbərliyinə mükafatlar təqdim edib.