Uttar-Pradeş ştatının mərkəzi əyalətinin Hathras şəhərində dini tədbir zamanı yaranan izdihamda azı 27 nəfər ölüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə NDTV məlumat yayıb.
Bildirilir ki, ölənlərin 25-i qadındır. Aralarında qadın və uşaqların da olduğu daha 15 nəfər yaralanaraq xəstəxanalara aparılıb.
İzdihamın hansı səbəbdən baş verdiyi açıqlanmır. Hadisə yerinə təcili tibbi yardım maşınları və polis gəlib. Ölənlərin sayının artacağı istisna edilmir.