2024 - cü ilin iyun ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri üzrə günvurma ilə əlaqədar olaraq 27 nəfərin müraciəti qeydə alınıb.
Qurumdan Ucnoqta.az-a verilən məlumata görə, onlardan 5 nəfər xəstəxanaya hospitalizasiya olunub. 20 nəfərə yerində yardım göstərilib. 2 nəfər isə hospitalizasiyadan imtina edib. Yerində yardım göstərilənlərdən iki nəfər 6 və 7 yaşlarında azyaşlılardır.
Qeyd edək ki, 2023-cü ilin iyun ayı ərzində Bakı şəhəri üzrə təcili tibbi yardıma günvurma ilə əlaqədar olaraq 9 nəfərin müraciəti qeydə alınıb. Onlardan 2 nəfər xəstəxanaya təxliyə olunub. 7 nəfərə isə yerində yardım göstərilib.