Uruqvay yığması Amerika Kubokunun qrup mərhələsinin 3-cü turunun matçında ABŞ komandasına 1:0 hesabı ilə qalib gəlib.
Ucnoqta.az xəbər verir ki, Amerika Kuboku ABŞ-da keçirilir. Uruqvayın yeganə qolunu 66-cı dəqiqədə Matias Olivera vurub.
C qrupunun digər matçında Panama Boliviyanı 3:1 hesabı ilə məğlub edib. Uruqvay və Panama milliləri müvafiq olaraq birinci və ikinci yerləri tutaraq pley-offa çıxıblar, uruqvaylılar 9 xal, Panama futbolçuları 6 xal toplayıblar.
ABŞ komandası (3 xal) üçüncü olub və pley-offa çıxa bilməyib, sonuncu olub. Qrupda dördüncü yeri Boliviya yığması (0 xal) tutub.