Meksikanın cənubundakı Çiapas ştatında narkotik kartelləri arasında baş verən qarşıdurmada azı 20 nəfər ölüb.
Ucnoqta.az xəbər verir ki bu barədə Excelsior nəşri Meksika ştatının İctimai Təhlükəsizlik Nazirliyinə istinadən məlumat yayıb. Qeyd olunur ki, Sinaloa kartelinin nümayəndələri ilə onun nüfuzuna meydan oxuyan yerli cinayətkar qrup arasında silahlı münaqişə iyunun 29-da Çiapas ştatının La Konkordiya bələdiyyəsində baş verib. Nəşrin məlumatına görə, hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları 20 cəsəd aşkar ediblər.
İlkin istintaq məlumatlarına görə, silahlı toqquşma Sinaloa karteli ilə Çiapas və Qvatemala kartelləri arasında sərhəd ərazisinə nəzarət üçün qarşıdurmanın nəticəsi olub.