Sarı və narıncı xəbərdarlıq elan olundu: 17 rayonda...

14:45 - 1 İyul 2024 - ÖLKƏ İÇİ

İyulun 2-3-də bölgələrdə gözlənilən güclü küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı və narıncı xəbərdarlıq verilib.

Milli Hidrometeorologiya Xidmətindən Ucnoqta.az-a verilən xəbərə görə, sarı xəbərdarlığa uyğun olaraq Qazax, Ağstafa, Şəmkir, Tovuz, Samux, Bərdə, Tərtər, Göygöl, Gədəbəy, Ağdam, Yevlax, Ağcabədi, Balakən, Zaqatala, Şəki, Qax, Culfada şərq küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Narıncı xəbərdarlığa əsasən Naxçıvan, Babək, Şahbuz, Ordubad, Naftalan, Goranboy, Gəncə, Mingəçevir, Daşkəsəndə şərq küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.

Xəbər xətti