Pakistanda həbsxanadan 19 məhbus qaçıb

10:33 - 1 İyul 2024 - DÜNYA

 Pakistanın Kəşmir bölgəsindəki Ravalakot şəhərindəki həbsxanadan 6-sı terrorçuluq ittihamı ilə edamını gözləyən ən azı 19 məhbus qaçıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Dawn qəzeti polisə istinadən məlumat yayıb.

Daha bir məhbus qaçış zamanı yaralanıb və daha sonra həbsxana xəstəxanasında dünyasını dəyişib. Hüquq-mühafizə orqanları fərariləri, o cümlədən 25 il və digər uzunmüddətli həbs cəzalarını çəkən cinayətkarları axtarışa verib.

Ravalakot həbsxanasının səkkiz əməkdaşı qaçışla bağlı istintaqa qədər saxlanılıb. Səlahiyyətlilər həmçinin həbsxana əməliyyatlarına cavabdeh olan bir neçə məmuru da işdən azad ediblər.///tass

Xəbər xətti