İran Fordo obyektində uranı zənginləşdirmək üçün dörd IR-6 sentrifuqası quraşdırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Reuters” Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) hesabatına istinadən məlumat yayıb.
Agentlik bundan əvvəl məlumat vermişdi ki, Tehran Fordoda 174 IR-6 sentrifuqasından ibarət 8 kaskad quraşdırmaq istəyir. Sənəddə deyilir ki, MAQATE dörd kaskadın quraşdırılmasını təsdiq edə bilib.
Hesabatda qeyd edildiyi kimi, İran bu obyektlərdə uranı zənginləşdirməyə nə vaxt və hansı səviyyədə başlayacaqlarını dəqiqləşdirməyib.