Rusiya Ermənistana yardım göndərdi

13:32 - 28 İyun 2024 - DÜNYA

“Rusiya Humanitar Missiyası” təşkilatı daşqından zərər çəkən Ermənistanın Lori bölgəsinin Axtala və Karkop bölgələrinə 7 ton humanitar yardım çatdırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Rossotrudniçestvo”nun Ermənistandakı mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Axtalaya yerli Sağlamlıq Mərkəzi üçün elektrik generatoru gətirilib, qida və şəxsi gigiyena vasitələri ilə birlikdə 500 humanitar dəst də çatdırılıb, bəziləri əvvəlcədən təşkil olunmuş məntəqələrə, digərləri isə müəyyən ünvanlara, qocalar və əlillər üçün çatdırılıb.

Xəbər xətti