28 iyun 2024-cü il tarixində, yerli vaxtlar 07:43-də Lerik stansiyasından 27 km şərqdə Lerik rayonu ərazisində magnitudası 5 olan zəlzələ qeydə alınıb.
Bununla bağlı Ucnoqta.az-a AMEA-nın nəzdində xidmət göstərən Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilmişdir.
Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı və Cəlilabad rayonlarında 4 bal, digər rayonlarda isə 3 bal gücündə hiss olunmuşdur.
Zəlzələ ocağının dərinliyi 18 km-dir.
07:46
Azərbaycanda zəlzələ olub
Ucnoqta.az xəbər verir ki, Azərbaycanın cənub rayonlarında 5,2 bal gücündə yeraltı təkanlar qeydə alınıb. Zəlzələ yerli vaxtla saat 07:43-də baş verib.