“Fukusima-1” Atom Elektrik Stansiyasının operatoru təmizlənmiş suyun okeana axıdılmasının 7-ci mərhələsinə başlayıb.
v “Tokyo Electric Power” bildirib ki, yapon mütəxəssislər “Fukusima-1” AES-dən radiasiyadan təmizlənmiş suyun axıdılmasının yeddinci mərhələsinə başlayıblar.
İlkin məlumatlara görə, bütün işlərin iyulun 16-dək başa çatdırılması planlaşdırılır. Bu müddət ərzində 7,8 min tona yaxın suyun axıdılması planlaşdırılır.
Nəşr qeyd edir ki, okeana əvvəlki altı su axıdılması zamanı mayenin həcmi 47 min ton təşkil edib. Atom elektrik stansiyasının ətrafındakı dəniz suyunda radiasiyanın normadan artıq olması müşahidə olunmayıb.