Ermənistan KTMT katibliyinə təşkilatın 2024-cü il büdcəsini imzalamayacağı barədə rəsmi məlumat verib
Ucnoqta.az xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyi yerli Factor.am portalının sorğusuna cavab verib.
“Ermənistan Respublikası KTMT Katibliyinə KTMT-nin “KTMT-nin 2024-cü il büdcəsi haqqında” qərarını imzalamaqdan və bu qərarda nəzərdə tutulan təşkilatın fəaliyyətinin maliyyələşdirilməsində iştirakdan imtina edəcəyi barədə rəsmi məlumat verib sözügedən qərarda nəzərdə tutulan maliyyələşdirmə ilə bağlı heç bir öhdəlik götürməyib”, - Xarici İşlər Nazirliyindən bildirilib.