İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarə Livanın cənubundakı Aytarun sərhəd kəndində şiə Hizbullah milislərinin forpostunu vurub.
Ucnoqta.az xəbər verir ki, Al Jadeed telekanalının verdiyi məlumata görə, hava hücumu nəticəsində sakinlər tərəfindən tərk edilmiş evlərdən biri tamamilə dağılıb. Ölən və yaralananlar barədə məlumat yoxdur.