Naməlum şəxslər Yəmən sahillərində ticarət gəmisinə hücum ediblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə Britaniyanın dəniz təhlükəsizliyi üzrə ixtisaslaşmış Ambrey şirkətinə istinadən Reuters agentliyi məlumat yayıb.
Hadisə Hudeyda limanından 84 dəniz mili qərbdə baş verib. Gəmi naməlum silahla vurulub. Lakin dağıntı və tələfat barədə məlumat verilməyib.
Ambreyin sözlərinə görə, gəmi Qırmızı dəniz vasitəsilə Səudiyyə Ərəbistanına gedirmiş.