İranda daha bir nəfər namizədliyini geri götürdü

12:37 - 27 İyun 2024 - DÜNYA

Tehran meri İranda keçiriləcək prezident seçkilərindən geri çəkildiyini açıqlayıb

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, Tehran meri Əlirza Zəkani mühafizəkarlar qanadından daha iki namizədin - parlamentin spikeri Məhəmməd Bağır Qalibafın və respublikanın Təhlükəsizlik Şurasındakı ruhani liderinin nümayəndəsi Səid Cəlilinin xeyrinə İran prezident seçkilərində namizədliyini geri götürüb.

“Seçki yarışının qanunla müəyyən edilmiş müddətinin sonuna çatmışam, lakin mərhum Rəisinin kursunu davam etdirmək daha vacibdir. Mən Cəlili və Qalibafdan birləşməyi, inqilab qüvvələrinin haqlı tələblərini cavabsız qoymamağı və üçüncü Ruhani hökumətinin formalaşmasına imkan verməməyi xahiş edirəm”, – o,  X-də yazıb.

Xəbər xətti