Ermənistan referendum keçirə bilər

11:52 - 27 İyun 2024 - DÜNYA

 Ermənistan yaxın vaxtlarda Avropa İttifaqına daxil olmaq mümkünlüyü məsələsini referenduma çıxara bilər.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan Latviyaya səfəri zamanı bildirib.

“Cəmiyyətimizin bir qərarı var - Avropa İttifaqının bir hissəsi olmaq. Bir neçə gün əvvəl bizim parlamentdə Ermənistanın Aİ-yə üzv olması üçün referendum keçirilməsi ilə bağlı müzakirələr gedirdi. Düşünürəm ki, nə vaxtsa yaxın gələcəkdə bizdə də bu referendum olacaq və əminəm ki, xalqımız “hə” deyəcək”, - o, bildirib.

Xəbər xətti