İran prezidentliyinə namizədlərin seçkiqabağı təşviqat dövrü yerli vaxtla saat 8:00-dan etibarən ölkədə sükut günü başlayıb.
Ucnoqta.az xəbər verir ki, İslam Respublikasının Seçki Qərargahının açıqlamasına görə, bütün namizədlər, partiyalar, siyasi hərəkatlar və onların tərəfdarları müəyyən edilmiş müddət bitdikdən sonra namizədləri dəstəkləmək üçün hər hansı təşviqat tədbiri keçirməməlidir.
Ümumilikdə prezidentlik uğrunda mübarizəyə beş siyasətçi qatılıb. Onların arasında parlamentin spikeri Məhəmməd Baqir Qalibaf, Tehran meri Əlirza Zəkani, respublikanın Təhlükəsizlik Şurasındakı mənəvi liderin nümayəndəsi Səid Cəlili, daxili işlər və ədliyyə nazirliklərinin keçmiş rəhbəri Mustafa Purməhəmmədi (hamısı mühafizəkarlar) və keçmiş səhiyyə naziri Məsud Pezeşkiyan (islahatçı).
Vitse-prezident Əmir Hüseyn Qazizadə Haşimi iyunun 26-da digər mühafizəkar namizədlərin xeyrinə öz namizədliyini geri götürdüyünü elan edib.