Husilər ilk dəfə hipersəs raketi ilə İsrail gəmisini vurublar

23:47 - 26 İyun 2024 - DÜNYA

Yəmənin Ənsar Allah hərəkatının husiləri Ərəb dənizində "MSC Sarah V"ə hücum zamanı ilk dəfə hipersəs raketindən istifadə ediblər

Ucnoqta.az xəbər verir ki, bu barədə üsyançıların hərbi sözçüsü Yəhya Saria bildirib.  Onun sözlərinə görə, Yəmən Silahlı Qüvvələri İsrail gəmisini vuran raketin xüsusiyyətlərini açıqlayıb.

"Bu, yerli istehsal olan, qabaqcıl texnologiyalarla təchiz edilmiş və hədəfləri maksimum dəqiqliklə vurmağa qadir olan hipersəs raketidir", - Saria vurğulayıb.///tass

Xəbər xətti