Lerikdə güclü qasıra və dolu ciddi fəsadlar törədib, Lənkəran-Lerik yolu uçqun səbəbindən bağlanıb.
“Report”un məlumatına görə, rayon ərazisinə yarım saat müddətində diametri 2 sm-dən böyük olan dolu yağıb.
Dolu və qasırğa infrastruktura, təsərrüfatlara ciddi ziyan vurub. Şəhərin müxtəlif yerlərində istinad divarları uçub, dam örtüklərinə zərər dəyib. Taxılçılıq, tərəvəzçilik sahələri yararsız hala düşüb.
Torpaq sürüşməsi isə Lerik-Lənkəran magistralının 37-ci kilometrində - Lerik rayonunun Peştətük kındi ərazidə baş verib. Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikovun sözlərinə əsasən, hazırda ərazidə 52 saylı Lerik Yol İstismar İdarəsi MMC-nin ağır texnikaları və canlı qüvvəsi çalışır.
Yolun qismən açıldığı bildirilir. Rayon ərazisində axşama doğru hava şəraitinin daha da pisləşəcəyi bildirilir.