PKK-nin Suriyadakı lideri zərərsizləşdirilib

12:02 - 26 İyun 2024 - DÜNYA

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyanın Qamışlı bölgəsində İnterpol xətti ilə qırmızı bülletenlə axtarışa verilən, terror təşkilatı PKK/YPG-nin Cezire zabiti adlandırılan Əli Dinçeri həyata keçirdiyi əməliyyatla zərərsizləşdirib.

Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təhlükəsizlik mənbələrindən alınan məlumata görə, MİT terror təşkilatı PKK-nın İnterpol xətti ilə qırmızı bülletenlə axtarışa verdiyi mühüm simalarından birinə qarşı sərhədyanı əməliyyat keçirib.

PKK/HPG-nin sözdə məclis üzvü, PKK/YPG-nin Cezire bölgə zabiti "Orhan Bingöl" kod adlı terrorçu Əli Dinçer Qamışlıda həyata keçirilən nöqtə əməliyyatı ilə zərərsizləşdirilib.

Xəbər xətti