Namiq İslamzadəyə general-leytenant, iki polkovnikə isə general-mayor rütbəsi verilib

21:01 - 25 İyun 2024 - Xəbər

Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

Ucnoqta.az xəbər verir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:

“general-leytenant” hərbi rütbəsi

general-mayor Namiq Sərəfruz oğlu İslamzadəyə

“general-mayor” hərbi rütbəsi

polkovnik Həsən Əli oğlu Əlövsədova

polkovnik Vilayət Bərxuda oğlu Quluyevə.

Xəbər xətti