İsrail hərbçiləri terrorçuluqda şübhəli bilinən 24 nəfəri saxlayıb

17:27 - 25 İyun 2024 - DÜNYA

İsrail təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində gecə reydləri zamanı terror fəaliyyətlərində iştirakda şübhəli bilinərək 24 nəfəri saxlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, reydlər xüsusilə İordan çayının qərb sahilindəki Ramallah, Beytləhm və Nablus şəhərlərində həyata keçirilib. Mətbuat xidməti əlavə edib ki, bütün məhbuslar əlavə araşdırma üçün  təhlükəsizlik xidmətlərinə təhvil verilib.

İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, 2023-cü il oktyabrın 7-dən Fələstin-İsrail münaqişəsinin kəskinləşməsinin yeni mərhələsi başlayandan bəri İordan çayının qərb sahilində terror fəaliyyətlərində iştirakda şübhəli bilinən 4150-yə yaxın adam saxlanılıb. Onlardan təxminən 1750 nəfəri Fələstinin HƏMAS radikal hərəkatı ilə əlaqədə şübhəli bilinir.

Xəbər xətti