Parklarda və istirahət zonalarında siqaret çəkmək qadağan edilə bilər

17:11 - 25 İyun 2024 - DÜNYA

Estoniya hakimiyyəti parklarda və digər istirahət zonalarında müvafiq qadağa tətbiq etməklə tüstüdən azad zonaları genişləndirməyi planlaşdırır.

Ucnoqta.az xəbər verir ki, bu barədə Postimees qəzeti məlumat yayıb.

Məlumata görə, Estoniya hökuməti ölkənin Avropa tütün siyasəti ilə bağlı mövqeyini təsdiqləyib. Belə ki, Tallin açıq terraslarda, parklarda, çimərliklərdə və digər istirahət zonalarında siqaret çəkməyi qadağan etmək niyyətindədir.

Xəbər xətti