Keniyada etirazçılar vergi artımı nəzərə alınmaqla büdcə layihəsinə səsvermənin keçirildiyi parlament binasına soxulublar.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, şəhərin mərkəzində atışma və partlayış səsləri eşidilir, parlament binasından tüstü gəlir. Bildirilir ki, nümayişçilər binanı yandırıblar.
Məlumata görə, səhər saatlarından insanlar şəhərin inzibati qurumlarının, o cümlədən polisin mühasirəyə aldığı parlamentin yerləşdiyi biznes mərkəzinə gələrək prezidentin istefası tələblərini səsləndirməyə başlayıblar.
Yerli media polisin gözyaşardıcı qaz və rezin güllələrdən istifadə etdiyini bildirib. Bir neçə nəfərin ölümü ilə nəticələnən həqiqi döyüş sursatından istifadə edildiyi də bildirilir.