Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Dağıstanda baş verən terror aktları ilə bağlı Rusiya prezidenti Vladimir Putinə telefonla başsağlığı verib.
Ucnoqta.az-ın məlumatına görə, Kremlin mətbuat xidməti xəbər verir ki, iki ölkə liderləri terrorizmlə mübarizədə koordinasiyanı davam etdirmək barədə razılığa gəliblər.
Ərdoğan terrorçuların Dağıstanda cinayətkar hücumunu qətiyyətlə pisləyib, Rusiya xalqı ilə həmrəylik hisslərini ifadə edib, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib və yaralananların hamısının tezliklə sağalmasını arzulayıb.
Putin başsağlığı və dəstəyə görə təşəkkür edib.
Liderlər anti-terror istiqamətində hərəkətlərin sıx əlaqələndirilməsini davam etdirmək barədə razılığa gəliblər.