Dağıstanda terror aktı zamanı həlak olan polislərin sayı 16-ya çatıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Dərbəndin əməliyyat xidmətlərindən TASS-a bildirilib. Çərşənbə axşamı gecə daha bir polis xəstəxanada dünyasını dəyişib, bununla da terror aktı qurbanlarının ümumi sayı 21-ə çatıb.
Bundan əvvəl Dağıstanın Səhiyyə Nazirliyi Mahaçqala və Dərbənddə törədilən terror aktı nəticəsində 20 nəfərin öldüyünü bildirmişdi. Dağıstanın rəhbəri Sergey Melikov bildirib ki, ölənlərdən 15-i polis əməkdaşıdır.