Koreya Respublikasının səlahiyyətliləri çərşənbə axşamı gecə Şimali Koreyadan buraxılmış təxminən 350 zibil şarını aşkar ediblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə Yonhap agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.
Yerli vaxtla saat 09:00-da havada artıq şarlar yox idi. Onlardan 100-ə yaxını Seul və şimal Kyonqi əyalətinə düşüb. Mütəxəssislər onların tərkibində zəhərli maddələrin olmadığını bildiriblər.
Qeyd olunur ki, bu, ötən ayın sonundan bəri sayca beşinci belə aksiyadır. Seulun məlumatına görə, Şimali Koreya mayın 28-dən bəri 2000-ə yaxın hava şarını havaya buraxıb.