WikiLeaks-in qurucusu Culian Assanj günahını etiraf etdikdən sonra 5 ildən çox həbs cəzası alacaq, bura artıq Böyük Britaniyada həbsxanada qaldığı vaxt da daxildir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Avstraliyanın baş naziri Entoni Albanesenin ofisi bildirib.
Qeyd edildiyi kimi, jurnalist məxfi məlumatları əldə etmək və yaymaq üçün sui-qəsddə təqsirli bilinəcək və “artıq London həbsxanasında keçirdiyi 62 ay müddətinə azadlıqdan məhrum ediləcək”.
“Biz bilirik ki, Avstraliya vətəndaşı Culian Assanj ABŞ-da mühakimə olunacaq, proses hələ başa çatmayıb və Avstraliya hakimiyyəti ona konsulluq yardımı göstərməkdə davam edir”, – hökumət başçısının ofisi əmin edib.
ABŞ-dakı məhkəmədən sonra WikiLeaks-in qurucusu vətəninə qayıda biləcək.
Assanjın ittihamların bir hissəsini qəbul edə biləcəyi görüş Saipan adasındakı məhkəmədə keçiriləcək.