Fransa millisinin lideri Kilian Mbappe Polşa ilə Avropa çempionatının qrup mərhələsinin final oyununda meydana çıxmalıdır
Ucnoqta.az xəbər verir ki, bu barədə RMC Sport yazır. Həmçinin iyunun 25-də Polşa ilə oyunda hücumçunun gözlənilən qayıdışı barədə məlumat verilib. Qarşılaşma Dortmundda baş tutacaq.
Mbappe iyunun 17-də Avstriya ilə ilk oyunun (1:0) sonunda burnunu sındırıb. Hollandiya ilə oyunda (0:0) ehtiyat oyunçular skamyasında qalıb.