ABŞ-ın Moskvadakı səfiri Sevastopoldakı terror aktı ilə əlaqədar Xarici İşlər Nazirliyinə çağırılıb
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. ABŞ səfirinə bildirilib ki, Krımda törədilən terror aktına görə ABŞ Kiyev rejimi ilə bərabər məsuliyyət daşıyır.
ABŞ-ın Kiyevin Rusiya ərazisinə endirdiyi zərbələri təşviq etməsi ilə əlaqədar Rusiya Federasiyası da cavab tədbirləri görmək niyyətindədir.
Amerika səfirinə bildirilib ki, ABŞ faktiki olaraq münaqişə tərəfinə çevrilib, Ukrayna Silahlı Qüvvələrini Rusiyaya hücum üçün istifadə olunan silahlarla təchiz edib.