Cənubi Koreyanın Hvason şəhərində litium akkumulyator zavodunda baş verən yanğından sonra təxminən 20 nəfərin cəsədi tapılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Xidmətinə istinadən Yonhap agentliyi məlumat yayıb.
Ölənlər arasında əcnəbilərin, o cümlədən Çin vətəndaşlarının olduğu güman edilir.
"Aricell" zavodunda yanğın yerli vaxtla təxminən 10:30-da başlayıb.
Mütəxəssislər qeyd ediblər ki, yanğın zamanı akkumulyatorların partlaması yanğının yayılmasına səbəb olub, bu da fövqəladə hallar xidmətlərinin işini çətinləşdirib və işçilərin axtarışına mane olub. Zavodda təxminən 35 min akkumulyator var idi.