Salyanda ağır yol qəzası - Xəsarət alanlar var

22:52 - 21 İyun 2024 - HADİSƏ

Salyanda yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub.

“Report”un məlumatına görə, qəzada xəsarət alanlar - Salyan rayon sakinləri, 1987-ci il təvəllüdlü Bayramov Samir Ağayusif oğlu, 2017-ci il təvəllüdlü Bayramlı Yusif Samir oğlu, 1982-ci il təvəllüdlü Əliyeva Böyükxanım Soltan qızı və 2012-ci il təvəllüdlü Abdullayev Samir Cavid oğludur.

Yaralılardan biri cərrahiyyə şöbəsində əməliyyat olunub. Klinikalar

Qeyd edək ki, bu gün axşam saatlarında şəhərin T. Xəlilbəyli küçəsindəki peşə liseyinin yaxınlığında “Hundai Sonata” markalı avtomobil “Chevrolet” markalı avtomobillə toqquşub, sonra avtomobillərdən biri idarəetmədən çıxaraq fərdi yaşayış evinə çırpılıb. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti