Fələstinin radikal HƏMAS hərəkatı tərəfindən Qəzza zolağında hələ də saxlanılan 116 girovdan ən azı 50-si sağ ola bilər.
Ucnoqta.az xəbər verir ki, bu barədə mənbələrə istinadən The Wall Street Journal (WSJ) məlumat yayıb.
Nəşrin məlumatına görə, anklavda qalan 66 nəfərin öldüyü ehtimal edilir.
WSJ ağır saxlanma şəraiti, aldıqları xəsarətlər və lazımi tibbi yardım göstərilməməsi səbəbindən girov götürülənlərin sayının arta biləcəyini istisna etmir.
Fevral ayında WSJ Amerika və Misir rəsmilərinə istinadən HƏMAS tərəfindən əsir götürülən azı 50 nəfərin öldüyünü bildirmişdi.