Novxanıda 3 otaqlı ev yanıb

18:37 - 21 İyun 2024 - HADİSƏ

Abşeronda ev yanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Abşeron rayonunun Novxanı kəndində ümumi sahəsi 70 m² olan 3 otaqlı evin yanar konstruksiyaları 30 m² sahədə, dam örtüyü 50 m² sahədə və evə bitişik ümumi sahəsi 15 m² olan taxta konstruksiyalardan ibarət köməkçi tikili yanıb.

Evin qalan hissəsi və ərazidəki ağaclar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti