Ən azı 98 Hindistan vətəndaşı mövcud xroniki xəstəliklər səbəbindən Məkkədə Həcc ziyarəti zamanı dünyasını dəyişib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caisval brifinqdə bildirib.
O, bildirib ki, bu il Həcc ziyarətinə 175 min hindistanlı zəvvar gəlib. 98 nəfər dünyasını dəyişib.
Onun sözlərinə görə, hindlilərin ölümünə səbəb xroniki xəstəliklər, eləcə də qocalıq olub.