Yaponiyanın baş naziri Fumio Kişida yaxın iki ayda NATO-nun sammitində iştirak edəcək.
Ucnoqta.az xəbər verir ki, o, bu barədə Tokioda parlament sessiyasının yekunlarına dair mətbuat konfransında bildirib. Kişida həmçinin beş Mərkəzi Asiya ölkəsinin liderləri ilə görüşdə iştirak edəcəyini qeyd edib.
NATO sammiti iyulun 9-dan 11-dək Vaşinqtonda keçiriləcək.