Ukrayna 1991-ci il sərhədləri daxilində qala bilərdi, əgər ... - Lavrov

13:33 - 21 İyun 2024 - DÜNYA

Əgər on il əvvəl Maydan hadisələri fonunda müxalifətlə ölkənin eks-prezidenti Viktor Yanukoviç arasında razılaşma pozulmasaydı, Ukrayna 1991-ci ilin sərhədləri daxilində qala bilərdi.

Ucnoqta.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Əgər 2014-cü ilin fevralında Rusiyanın, o cümlədən digərlərinin razılaşdığı nizamlanma sazişi pozulmasaydı, Ukrayna indi 1991-ci ilin sərhədləri daxilində olardı”, - nazir vurğulayıb.

Lavrov qeyd edib ki, dövlət çevrilişi nəticəsində gələn Ukrayna hakimiyyəti dövlətin ərazi bütövlüyünü özləri məhv edib.

Xəbər xətti