Bu ilin 5 ayında 80 mindən çox pensiya, müavinət və təqaüd təyin olunub

14:44 - 21 İyun 2024 - Cəmiyyət

Bu ilin 5 ayında 80,4 min pensiya, müavinət və təqaüd təyinatı elektron sistemlər üzərindən proaktiv qaydada həyata keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Ucnoqta.az-a verilən xəbərə görə, onlardan 18,4 mini pensiya, 62 mini müavinət və təqaüd təyinatları olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq sosial təminat növləri üzrə ödənişlərin təyinatı elektronlaşdırılıb.

Proaktiv təyinat mexanizmi vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən müvafiq sosial ödənişlərin təyinatının e-sistem üzərindən avtomatik şəkildə həyata keçirilməsinə imkan verir.

Xəbər xətti